Uzun Həsən
1467-ci ildə Cahanşah, növbəti ildə isə onun oğlu Həsənəli üzərində
qələbədən sonra mərkəzi Təbriz şəhəri olan Ağqoyunlu dövlətini yaratdı.
Bu dövlətin ərazisinə qərbdə Fərat çayından şərqdə Xorasana kimi,
şimalda Kür çayından cənubda İran körfəzinə kimi olan torpaqlar daxil
edildi. Uzun Həsən 1477-ci ildə VI Baqrat üzərində qələbədən sonra
Tiflis daxil olmaqla Şərqi Gürcüstanı da Ağqoyunlu dövlətinə
birləşdirdi.
Lakin Trabzonun itirilməsi Ağqoyunluları Qara dənizə
çıxışdan məhrum etmişdir. Qaraman uğrunda rəqabət Ağqoyunlu-Osmanlı
münasibətlərini kəskinləşdirdi və müharibə vəziyyətinə gətirdi. Uzun
Həsən 1472-73-cü illərdə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı.
Malatya döyüşündə qələbə qazansa da, Otluqbeli döyüşündə məğlub oldu.
1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümündən sonra Ağqoyunlu
dövləti zəiflədi və 1501-ci ildə Şərur döyüşündə İsmayıl Səfəvi Sultan
Əlvəndi məğlub edərək Ağqoyunlu dövlətinə son qoydu.
Paytaxtı Təbriz şəhəri
Hakimiyyətdə olan hakimlər:
1453-1478 Uzun Həsən
1478-1490 Yaqub Mirzə
1490-1492 Baysunqur
1492-1497 Rüstəm Mirzə
1497-1499 Gödək Əhməd
1499 (may-dekabr) Məhəmməd Mirzə
1500-1501 Əlvənd Mirzə