Atropatena dövləti e.ə. 323-ci ildə yaranıb. Atropatena torpaqları
Əhəmənilər (Haxameneşi) dövləti sərhədləri daxilində olmuşdu. Dövlət
tərkibində 20 satraplıq vardı və Atropatena onlardan 10-cusunu təşkil
edirdi. Makedoniyalı İsgəndər e.ə. 331-ci ildə İran şahı III Daranı
məğlub edib, Əhəməni dövlətini varlığına son qoydu. Atropatena
makedoniyalılara tabe yarı müstəqil dövlət statusu əldə etdi.
Bəzi
tarixçilər Azərbaycanın adının həmin Atropatenanın hökmdarı Atropatın
adından törədiyini iddia edirlər. Cami ət-Təvarixin müəllifi Rəşidəddin
ilə Təbrizli Məhəmməd Hüseyn bin Xələf isə Azərbaycan sözünün türkcə
olduğunu bildirirlər. Onların fikrincə, Azər "hündür yer", bayqan isə
"böyüklər" mənasındadır.
Atropatena Midiya dövlətinin varisi
kimi qəbul edilə bilər. Strabon yazmışdır: "Midiya//Midya iki bölgədən
ibarətdir: birincisinə Böyük Midiya, ikincisinə isə Atropat Midiyası
deyilir".
Güney Azərbaycan torpaqlarında Manna dövlətindən
270 il sonra yaranan müstəqil Atropatena dövlətində iqtisadiyyat yüksək
səviyyədə inkişaf etmişdir. Atropatenalılar əkinçilik, bağçılıq və
heyvandarlıqda böyük nailiyyətlər əldə etmişlər. Ölkənin faydalı
qazıntıları - qızıl, mis, dəmir, qurğuşun, gümüş isə zənginliyin əsas
amili idi.
Bu dövlətin torpaqlarında kassit, mərd, tiboren, muğ və uti adlı tayfaların yaşadığı tarixi qeydlərdə göstərilir.
Atropatena
e.ə. II-I yüzilliklərdə Əhəməni dövlətini ləğv edən Parfiya dövlətinin
hakimiyyəti altına düşmüşdür. E.ə. 226-cı ildə isə Sasanilər
parfiyalıların hakimiyyətini ləğv etdilər. Sasanilər dövründə
Atropatenanın öz müstəqilliyini qoruduğu güman edilir.
Atropatena
(bəzi mənbələrdə Adurbadaqan) Sasani imperiyasının mərzbanlıqlarından
(ucqar bəyliyindən) biri idi. O, IV-V yüzilliklərdə siyasi
müstəqilliyini əldən versə də, dini və mədəniyyət mərkəzi olaraq
əhəmiyyətini daha da artırmışdır. Bunun da səbəbi Sasanilərin baş
atəşgahı olan Adurquşnaspın (Azərgəşəsbin) Azərbaycanın cənubundakı Şiz
şəhərində olması idi.
Paytaxtı Qazaka şəhəri.
:Hökmdarların hakimiyyət illəri
e.ə.331-? Atropat
e.ə. III əsrin 20-ci illəri-?Artabazan
e.ə. 36-20-ci illər Artabazd
e.ə. 20-ci illər- eramızın 2-ci ili Ariobarzan
eramızın 2-ci ili-20-ci illərə yaxın Ariovast