وبلاگ جامع و تخصصی تورانیان (تمدن و تاریخ جامع ترکان ایران و جهان)

۷ مطلب با موضوع «Azərbaycan Tarixinin Dahi Şəxsləri» ثبت شده است

سید جعفر پیشه وری / Seyid Cəfər Pişəvəri

Seyid Cəfər Pişəvəri
(tam adı: Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri,
fars: سید جعفر پیشه وری; d. 1892, Zeyvə, Xalxal, Ərdəbil, Qacar Dövləti — ö. 11 iyun 1947, Bakı, Azərbaycan SSR, SSRİ) — İran və Azərbaycan-sovet siyasətçisi, publisisti, jurnalisti İran kapitalist partiyasının təsisçilərindən biri, Azərbaycan Demokrat Firqəsinin sədri, Azərbaycan Milli Hökumətinin sədri (1945-1946).
.
Doğum tarixi: 1892
Doğum yeri: Zeyvə, Xalxal, Ərdəbil, Qacar Dövləti
Vəfat tarixi: 11 iyun 1947 (55 yaşında)
Vəfat yeri: Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi: Avtomobil qəzası
Peşəsi: siyasətçi, jurnalist
Milliyyəti: Azərbaycanlı
Təhsili: Şərq Zəhmətkeşlərinin Kommunist Universiteti
Fəaliyyəti: Azərbaycan Milli Hökumətinin başçısı
Partiya: Ədalət İran Kommunist Partiyası
Azərbaycan Demokrat Firqəsinin Rəhbəri və Qurucusu

S.C.Pişəvərinin müəllim, jurnalist, yazıçı və siyasi xadim kimi yetişməyində və fəaliyyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdı.

Resmi instagram Sayfesi:@Pishevari_President

میرجعفر پیشه‌وری (۱۸۹۳-جو ایل ۲۶ آوقوست) گونئی آذربایجانین خالخال شهری‌نین زئیوه کندینده، بیر اکینچی عائیله سینده آنادان اولموش‌دور. شاهلیق اوصول ایداره سی‌نین بوغوجو موحیطینده ایکی قات ظولوم آلتیندا یاشایان گونئی آذربایجان‌لی‌لار همیشه اولدوغو کیمی، ایقتیصادی چتینلیکدن یاخا قورتارماق اوچون ایران-ین موختلیف شهر و ناحیهلرینه ایش آختارماغا گئدیردیلر. بعضاً عائیلهسی ایله بیرلیکده آرازی کئچرک باکی-یا نئفت معدنلرینده ایشلمک اوچون گئدن‌لرده اولوردو. بئله عائیلهلردن بیری ده بالاجا سید جعفرین عائیلهسی اولور. باکی-دا دا ایقتیصادی چتین‌لیک ایچرهسینده عؤمور سورن پیشه‌وری گوندوزلری ایشله‌ایب، آخشام‌لاری بیر نئچه صینیف درس اوخویا بیلیر. او شخصی موطالیعه و فیطری ایستعدادی‌نین سایهسینده گؤرکم‌لی خادیم سویهسینه یوکسله بیلمیش‌دیر.
پیشه‌وری‌نین کیملیینی بیر نئچه جومله ایله کاراکتئریزه ائتمهلی اولساق، بئله دئملیییک: پئشهکار اینقیلاب‌چی، قودرت‌لی موحرریر، ایستعدادلی یازیجی، گؤرکملی تشکیلات‌چی، آلوولو ناطیق ایدی. بئله چوْخ جهت‌لی فعالیتین هر بیرینده او گؤرکم‌لی خادیم، تکرار اولونماز شخصیت کیمی اؤزونو گؤسترمیش‌دیر.

 

منبع و اینستاگرام رسمی سئیفه سی: Pishevari_President@

۰ نظر موافقین ۰ مخالفین ۰
Qafqazli

Sultan Məhəmməd

(XVI əsr)

XV əsrin sonu - XVI əsrin əvvəli Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni həyatında yeni yüksəliş dövrü olmuşdur. Şah I İsmayıl və onun oğlu şah I Təhmasibin səyləri ilə Təbrizdə şah kitabxanası nəzdində məşhur xəttat və rəssamlar toplanır. Onların fəaliyyəti çox-çox əvvəldən başlamış bədii ənənəni davam etdirir və Təbriz miniatür məktəbinin yaranmasına səbəb olur. XVI-XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış, yüksək inkişaf etmiş növünü kitab miniatürü təşkil edirdi. Elmi ədəbiyyatda “Səfəvi məktəbi”, “Təhmasib məktəbi”, çox zaman isə “Sultan Məhəmməd məktəbi” adlandırılan bu üslubun inkişafında dövrünün ən görkəmli ustad sənətkarı olan Sultan Məhəmmədin yaradıcılığının müstəsna əhəmiyyəti olmuşdur. Digər qədim və orta əsr rəssamları kimi, Sultan Məhəmmədin də həyat və yaradıcılığının ilk çağları haqqında ətraflı məlumat verən mənbə yoxdur. Müxtəlif salnaməçilər və təzkirəçilərin qeydləri, üstəlik, rəssamın dövrümüzə qədər gəlib çatmış əsərləri bu böyük sənətkarın yaradıcılığını işıqlandırmağa imkan verir. Ehtimal ki, əslən Təbrizdən olan rəssam XVI əsrin ortalarında artıq tanınmışdır; misal üçün: dövrün sənət tarixçisi və rəssamı Dust Məhəmməd onun çəkdiyi miniatürlərin tayı-bərabəri olmadığını qeyd edir, Budaq Qəzvini və Qazi Məhəmməd isə onun "qızılbaşlara aid xüsusiyyətləri hamıdan yaxşı təsvir etdiyini" göstərir. Nizami Gəncəvinin "Xəmsə"sinin 1524-cü il əlyazmasına və Nəvainin divanının əlyazmasına 1527-ci ildə çəkilmiş miniatürlər rəssamın sənət ustalığının inkişaf etməsindən xəbər verir. Obrazların həlli, kompozisiyanın mürəkkəbliyi, insan və heyvan fiqurlarının canlı, ifadəli və dinamik təsviri bu əsərlərin püxtələşmiş qabil bir sənətkar tərəfindən çəkildiyini sübut edir. Hal-hazırda adıçəkilən əlyazmalar müvafiq olaraq Nyu-Yorkun Metropoliten muzeyində və Parisin Milli kitabxanasında qorunur. Sultan Məhəmmədin təxminən 1535-ci ildə Hafizin divanına çəkdiyi miniatürlərdə adi insanların həyat tərzi ilə bərabər, saray əyanlarının həyat tərzi də təsvir edilib. Dövrün tarixçisi İsgəndər Münşi isə rəssamın "öz nəcib sənətinin zirvəsinə çatması və ecazkar fırçalarının zərifliyi ilə bütün dünyada şöhrət qazanması"nı fəxrlə qeyd edirdi. Ona görə də Sultan Məhəmmədin XVI əsrin ortalarında Təbrizdə şah sarayı nəzdində fəaliyyət göstərən sarayın bədii emalatxanasının rəisi və dövlətin baş rəssamı təyin edilməsi təsadüfi deyildi.
۰ نظر موافقین ۰ مخالفین ۰
Qafqazli

Qətran Təbrizi

(1012-1080)

Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda başlayan siyasi dirçəliş elm və mədəniyyətin inkişafında da özünü büruzə verdi. Bu dövrdə Azərbaycan “Müsəlman İntibahı” adlanan mühüm mərkəzlərindən biri idi. Azərbaycan intibah mədəniyyətinin ilk böyük şairlərindən biri, Şərqdə tanınan ilk Azərbaycan şairi Qətran Təbrizi idi. Azərbaycan tarixinə Qətran Təbrizi
۰ نظر موافقین ۰ مخالفین ۰
Qafqazli

Hacı Çələbi xan

(? - 1755)
Azərbaycan tarixinə təlatümlü, qanlı- qadalı dövr kimi yazılmış XVIII əsr bir çox qəhrəmanlar, görkəmli dövlət xadimləri və sərkərdələr yetişdirmişdir. Onlardan biri də Şəki xanı Hacı Çələbi xan olmuşdur. İlk Azərbaycan xanlığının banisi Hacı Çələbi xan tarazlaşmış daxili və xarici siyasət yürütməklə Azərbaycan torpaqlarını xarici düşməndən qorumuşdur. O, feodal pərakəndəliyinin xalqın birliyi və taleyi üçün təhlükəli olmasını yaxşı anlayır və ölkəni birləşdirməyə çalışırdı. Onun bu səyləri nəticə verməsə də hər halda, o, Azərbaycanda vahid dövlətin qurulmasını həyatının son anlarınadək arzulamışdır. Azərbaycan tarixində Hacı Çələbi xanın adı
۰ نظر موافقین ۰ مخالفین ۰
Qafqazli

Səməd Vurğun

(1906-1956)
XX  əsr Azərbaycan ədəbiyyatı tarixində çətin elə bir şair tapılar ki, vətənpərvərlik, beynəlmiləlçilik, humanizm, yüksək xəlqilik və şeriyyət, həyat həqiqəti və romantik arzuları Səməd Vurğun səviyyəsində birləşdirməyə nail olsun.

Azərbacan tarixində Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) görkəmli şair, alim və ictimai xadim kimi daxil olub.

Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. İlk təhsilini kənddə aldıqdan sonra 1918-ci ildə Qazax müəllimlər seminariyasına daxil olmuşdur. 1924-cü ildə
۰ نظر موافقین ۰ مخالفین ۰
Qafqazli

Mirzə Qədim İrəvani

(1825-1875)
XIX əsrin ortalarında M.F. Axundzadə, H.B. Zərdabi, S.Ə. Şirvani və d. mütəfəkkirlərin fəsliyyət göstərdiyi mühitdə demokratik ideyaların, qabaqcıl fəlsəfi fikirlərin, yeni estetik normaların və realist ədəbiyyatın təsiri altında Azərbaycan təsviri sənəti öz inkişafını davam etdiridi. Bu dövrdə yaranmış təsviri sənətin səciyyəvi üslub xüsusiyyətləri, ideya estetik mahiyyəti və sənətkarlıq nailiyyətləri M.Q. İrəvani, M.M. Nəvvab, Xurşidbanu Natəvan, Usta Qəmbər Qarabaği kimi dövrün görkəmli rəssamları və xalq ustalarının yaradıcılığında qabarıq əksini tapmışdır. Mirzə Qədim İrəvaninin yaradıcılığı ilə Azərbaycan təsviri incəsənəti şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçid başlanır.

Azərbaycan tarixinə Mirzə Qədim İrəvani görkəmli rəssam, portret və ornament ustası, Azərbaycanda realist dəzgah və monumental boyakarlığın inkişafında böyük rol oynamış bir şəxs kimi daxil olmuşdur.
۰ نظر موافقین ۰ مخالفین ۰
Qafqazli

Qubalı Fətəli xan

(1736 - 1789)
XVIII əsrin II yarısında Azərbaycan vahid dövlət çərçivəsində birləşdirməyə can atan dövlət xadimlərindən biri də Qubalı Fətəli xan olmuşdur. Şimal-Şərqi Azərbaycanı bütövlüklə və Azərbaycanın mərkəzi vilayətlərini qismən birləşdirən Fətəli xan ağır hərbi-siyasi şəraitdə mərkəzləşmiş dövlət yaratmağa çalışmışdır. Uğursuzluqla nəticələnsə də, keçirdiyi tədbirlər o dövr üçün mütərəqqi xarakter daşımışdır. Qubalı Fətəli xanın adı mərkəzləşmiş vahid dövlət yaratmağa çalışan dövlət xadimi və görkəmli sərkərdə kimi Azərbaycan tarixində daim öz layiqli yeri tutacaqdır.

Qubalı Fətəli xan 1736-cıildə Quba şəhərində anadan olmuşdur. Atası Hüseynəli xan hələ 1726-cı ildə Qubanın hakimi vəzifəsinə təsdiqlənmiş, 2 sonra - 1747-ci ildə o, Quba xanlığının müstəqilliyini elan etmişdir. Hələ gənc yaşlarından Fətəli xan atasının müxtəlif tapşırıqlarını yerinə yetirərmiş. Onun bu illərdə ən böyük nailiyyəti 1756-cı ildə Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi olmuşdur. Belə ki, diplomatik vasitələrlə bu birləşməni hazırlayan Hüseynəli xan rəsmi mərasimləri keçirməyi oğluna tapşırır, onu qoşun başında Salyana göndərir. Fətəli xan bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirir. 1758-ci ildə Hüseynəli xan vəfat edər oğlu Fətəlini varisi elan edir. Fətəli xanın böyük amalı atasının başladığı işi davam etdirmək, pərakəndə vəziyyətdə olan Azərbaycan xanlıqlarını vahid dövlət çərçivəsində birləşdirmək olur. Birləşdirmə prosesini həyata keçirmək üçün ilk növbədə iqtisadiyyatı qaldırmağa çalışan Fətəli xan bir sıra mühüm tədbirlər həyata keçirir. Belə ki, ilk növbədə vergi və mükəlləfiyyətlər məsələləri nizamlanır, qanuni çərçivəyə salınır, qeyri-qanuni rüsumlar qadağan edilir. Vergilərin toplanması hüququ ayrı-ayrı feodallardan alınıb kəndxudalara verilir. Əvvəllər hər bir feodal vergiləri istədiyi vaxt və istədiyi həcmdə toplayır, mərkəzi xəzinəyə ödəməklə özünə də götürürdü.

Fətəli xanın islahatına əsasən, xanın əmri ilə qanunda göstərilən vaxt və həcmdə kəndxuda kənd əhlindən vergi toplamalı və onu Mərkəzi Divanın məmurlarına təhvil verməli idi. Vergi sisteminin sabitləşdirilməsi bütün iqtisadiyyatın vəziyyətini sabitləşdirir.
۰ نظر موافقین ۰ مخالفین ۰
Qafqazli